AAYDA-nın avtomobili qəzaya düşdü: Sürücü öldü
Bakı-Quba avtomobil yolunun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Shachman” markalı yük avtomobili ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “Mitsubishi” markalı avtomobil toqquşub.
Qəza zamanı 1981-ci il təvəllüdlü, Masallı rayon sakini Nəsib Zöhrab oğlu Tahirov iş başında olarkən iki yük avtomobilinin arasında qalıb.
Ağır xəsarətlər alan N. Tahirov hadisə yerində həyatını itirib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.




