Xaçmazda ölümlə nəticələnən avtoqəza olub


Xaçmaz-Niyazoba avtomobil yolunda ölümlə nəticələnən avtoqəza baş verib.



"Report"un Şimal bürosunun məlumatına görə, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Balamirzəyev Ramil Həsən oğlu Xaçmaz rayonu ərazisində oğurladığı "VAZ-21014" markalı minik avtomobili ilə hərəkətdə olarkən yol kənarında dayanan "Mercedes" markalı nəqliyyat vastəsinə çırpılıb.

Qəza nəticəsində R.Balamirzəyev hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu