Bakıda sərnişin avtobusu dayanacağa çırpıldı - VİDEO
Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AFN.az Patrul.az-a istinadən xəbər verir ki, hadisə “Koroğlu” metro stansiyasının qarşısında qeydə alınıb.
Belə ki, 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Isuzu Citiport” markalı sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı dayanacağa çırpılıb.
Qəza nəticəsində nəqliyyat vasitəsinə və avtobus dayanacağına ciddi ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.




