Gəncədə minik maşını avtobusa çırpılıb, xəsarət alan var


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.



AFN apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sidqi Ruhulla küçəsində qeydə alınıb. "VAZ 2109" markalı minik maşını 9 saylı xətt üzrə işləyən "İsuzu" markalı sərnişin avtobusuna çırpılıb. Daha sonra minik maşını yoldan çıxaraq yol kənarındakı ağaca dəyib, minik maşınının sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu