Bakıda minik maşını “KamAZ”a çırpıldı: Yaralılar var


Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.


“Qafqazinfo”nun məlumatına görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

99 MT 475 dövlət qeydiyyat nişanlı “Wolksvagen” markalı minik avtomobili 10 FP 491 nömrə nişanlı “KamAZ”a çırpılıb. Nəticədə minik avtomobilində olan 4 nəfər xəsarətlər alıb. Yaralılar xəstəxanaya aparılıb. Onlardan 3-ü kişi, digəri isə qadındır.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu