ABŞ Nvidia rəhbəri Censen Huana qarşı araşdırma aparmır - Vens
ABŞ federal hökuməti “Nvidia” şirkətinin baş direktoru Censen Huanla bağlı hər hansı araşdırma aparmır.
AFN.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ohayo ştatındakı Rayt-Patterson Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Vens qeyd edib ki, insanların anonim mənbələrə və ya mətbuatda yayılan iddialara əsasən araşdırmaya cəlb edilməsi yolverilməzdir. Onun sözlərinə görə, “The New York Times” qəzetinin anonim mənbələrə istinadən yaydığı məlumatlar kiminsə işini itirməsi üçün əsas ola bilməz.
Vitse-prezident Censen Huanın əfv edilməsinə ehtiyac olmadığını da vurğulayıb. O, şirkət rəhbərinin qanun pozuntusuna yol verdiyini göstərən hər hansı sübut görmədiyini, belə sübutlar olacağı təqdirdə isə müvafiq qurumların tədbir görməli olduğunu bildirib.
Vens Huanın yenidən “Nvidia”nın prezidenti və baş direktoru vəzifəsinə qaytarılması qərarının şirkətin Direktorlar Şurası tərəfindən qəbul edildiyini dəqiqləşdirib.
