İspaniyada erməni təxribatı ifşa olundu




Fərid Mustafayev: “Erməni lobbisi imza toplayaraq qondarma Qarabağ Respublikasının tanınmasına çalışır”



“İspanyada yaşayan diaspor fəallarının nəzərinə! Bizim fəallardan olan Vahid İmanovun Azərbaycan mətbuatında da çıxan məqaləsindən sonra, mən şəxsən bu məsələni araşdırdım. Hal-hazırda erməni lobbisi İspanyada və ən əsas da muxtar regionlarda güclü antiAzərbaycan kampaniyasına başlayıb. Kampaniya ondan ibarətdir ki, erməni lobbisi imza toplayaraq, qondarma Qarabağ Respublikasının tanınmasına çalışır. Mən İspanyanın şimalı olan Basklar Ölkəsində, bacardığım qədər buna qarşı mübarizə aparmışam və aparıram da”.

AFN xəbər verir ki, bu fikirləri İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosassiyasının (ACAE) prezidenti, diaspor fəalı Fərid Mustafayevin öz Facebook hesabından İspaniyada yaşayan azərbaycanlılara müraciətində bildirib.
Müaciətdə həmçinin deyilir: “Amma bu dəfə vəziyyət çox ciddidir və mən tək bu işin öhdəsindən gələ bilməyəcəyimdən ehtiyat edirəm. Çunki bu artiq birbaşa dövlət səviyyəsində olan bir işdir. Mən nə rəsmi dövlət nümayəndəsiyəm, nə də diplomat fəaliyyəti ilə məşqulam. Mən artıq Azərbaycanın İspaniyadakı səfirliyinə müraciət etmişəm və davamlı olaraq məlumat verirəm".

F.Mustafayev deyib ki, təşkilat adından rəsmi olaraq Azərbaycanda müvafiq qurumlara müraciət ediblər:

"Bütün bunlar öz yerində. Amma biz İspaniyadakı fəallar olaraq, erməni təxribatının qarşısının alınması üçün maksimum səy göstərməliyik. Mən bizim İspanyadakı fəallarımızdan xahiş edirəm, maksimum ayıq olun! Mümkün olduğu qədər Qarabağ həqiqətlərini İspaniyada erməniləri dəstəkləyən kütləyə çatdırın. Bu məsələyə qətiyyən aqressiya ilə yaxınlaşmayın. Çünki İspanyada erməniləri dəstəkləyən kütlə əsl həqiqətlər haqqında məlumatları olmadığı və ermənilərin yaydığı dezinformasiyanın nəticəsi olaraq bunu edirlər. Mən də öz növbəmdə dövlət qurumlarımıza müraciət edəcəyəm və kömək istəyəcəyəm. Mən inanıram ki dövlət rəsmilərimiz ölkə xaricində yaşayan və Azərbaycanın maraqlarını qoruyan fəalları dəstəkləyəklər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu