Tural Gəncəliyev: “ABŞ-da erməni əsilli diaspor nümayəndələri yeni qətnamənin qəbuluna çalışır”
APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev bu gün keçirilən brifinqdə deyib.
Tural Gəncəliyev xaricdə yaşayan azərbaycanlılara müraciət edib: “Azərbaycanın xaricdə yaşayan diaspor nümayəndələrinə üzümü tutaraq deyirəm ki, həmin qətnaməyə etiraz səslərini ucaltsınlar. Bu qətnamənin qəbul edilməsi qanunsuzdur. Heç bir şəxs, heç bir qüvvə, heç bir ölkə bizim hüququmuza qarşı çıxış edə bilməz. Hər kəs onların sosial şəbəkə hesablarına etiraz etsin və Ermənistanın işğalçı olduğunu bildirsin. Hesab edirəm ki, bütün dünya azərbaycanlıları olaraq onlara etirazım bildirməlidir”.