Bu gecə Bakıda işıqlar söndürüləcək
Bu gün Azərbaycan "Yer saatı” beynəlxalq kampaniyaya qoşulacaq.
Qaynarinfo xəbər verir ki, "Yer saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edən aksiyadır.
Hər il martın son şənbə günündə qeyd olunan bu aksiya zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları söndürülür.
Bu il isə hadisə 30 mart tarixinə təsadüf edib. Axşam saat 20:30-da bir saatlıq paytaxtın mərkəzində işıqlar söndürüləcək.