KaTV müştərilərini aldadır?- ŞİKAYƏT




KaTV internet xidməti göstərdiyi istifadəçilərini aldadır.

Bu barədə Qaynarinfo-ya müraciət edən Bakı sakini bildirib.

Onun sözlərinə görə, vətəndaş internetdən istifadə edə bilmədiyi günün belə haqqını ödəməyə məcbur olunur. Məsələn siz ötən ayın 1-i ödəniş etmisiniz, bu ay isə ayın 7-i ödəniş etmisiniz. Növbəti ayda sizin internetiniz ayın 1-dən kəsilir. Arada qalan 6 gün kimin hesabına, niyə oturur bilinmir.

Məsələ ilə bağlı şirkətlə əlaqə saxladıq. KaTV-dən bildirdilər ki, sistem belədir: "Əgər pulun dəqiq hesablanmasını istəyirsinizsə, bu halda ancaq yarım aylıq ödəniş etməlisiniz. Yəni, ayın 13-ü də ödəniş etmiş olsanız, internetiniz növbəti ayın 1-də kəsiləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu