Hindistanın "Çandrayan-3" şirkəti Ayın cənub qütbünün fotosunu yayıb


Hindistanın "Çandrayan-3" avtomatik planetlərarası stansiyası Ayın cənub qütbünün fotoşəkillərini ötürüb.


AFN.az xəbər verir ki, görüntülər Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) tərəfindən X sosial şəbəkəsində dərc edilib.

Qeyd olunur ki, fotolar "Lander Hazard Detection and Avoidance Camera" (LHDAC) tərəfindən çəkilib və bu, dərin xəndəklər və ya qayalar olmadan təhlükəsiz eniş zonasını müəyyən etməyə kömək edəcək.

Qurğu avqustun 23-də Ayın cənub qütbünün bölgəsinə enə bilər. Avqustun 20-də "“Çandrayan-3" missiyasının eniş aparatı son orbit-eniş və yavaşlama manevrini həyata keçirib.

ISRO iyul ayında göyərtəsində Ayda gəzinti aparatı olan "Çandrayan-3" stansiyası ilə "Geosinxron" Peyk Başlatma Vasitəsinin (GSLV) Mk III daşıyıcısını buraxıb. Hindistanda Ayın səthinə yumşaq eniş həyata keçirməyi, Yer peykinin səthində roverin işini nümayiş etdirməyi və bir sıra elmi təcrübələr keçirməyi planlaşdırırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu