Xəzərə düşən MİQ-29-un yeri MÜƏYYƏNLƏŞDİ




İyul ayının 24-ü axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin düşdüyü ərazi müəyyənləşib.

Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, bildirib ki, “Miq-29” təyyarəsi və onun pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin axtarışları istiqamətində işlər gedir:

“Axtarışlar hərtərəfli aparılır. Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin heyyəti axtarışlar aparırlar. Artıq “Miq-29” təyyarəsinin düşdüyü ərazi müəyyənləşib. Dünən və bu gün axtarış istiqamətində işlər sürətləndirilib. Əvvəlki günlər küləkli hava şəraitinə görə, dənizin dalğalı olması səsəbindən axtarışlara çətinliklər yaradırdı. Ümid edirik ki, axtarışlar nəticə verəcək”.

Qabil Hüseynli axtarışlara müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsən nəzarət etdiyini deyib: “Cənab nazir hər gün sözügedən əraziyə gəlir. Öz tapşırıqlarını verir”.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır. (unikal.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu