Şəhid pilotumuzun 40 mərasimi keçiriləcək




Sentyabrın 28-də MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu həyata keçirərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin 40 mərasimi keçiriləcək.



Bu barədə Rəşad Atakişiyevin qayınatası, tanınmış politoloq Qabil Hüseynli məlumat verib. O, mərasimin saat 11-dən başlayaraq Heydər məscidində keçiriləcəyini deyib.

Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi qəzaya uğramış, pilot Rəşad Saləddin oğlu Atakişiyev itkin düşmüşdü. Pilotumuzun nəşi uzun axtarışlardan sonra tapılaraq, avqustun 21-də 2-ci Fəxri Xiyabanda torpağa tapşırıldı. (axar.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu