Rəşad Atakişiyev torpağa tapşırıldı... - FOTOLAR+YENİLƏNİB




İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, mərhumla vida mərasimində qohumları, ailə üzvləri və hərbçi dostları iştirak edir.

Onun nəşi 27 gündən sonra - dünən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, bu gün saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək. R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.



















***

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb.

Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində baş tutan vida mərasimi başa çatdıqdan sonra pilotun nəşi dəfn olunmaq üçün II Fəxri Xiyabana yola salınıb.(APA)

09.20

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başlayıb.

AFN APA-ya istinadən xəbər verir ki, pilotla vida mərasimi Yeni Yasamaldakı evinin həyətində keçirilir. Saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla rəsmi vida mərasimi keçiriləcək. Pilot daha sonra II Fəxri Xiyabanda dəfn ediləcək.

Mərhumun qayınatası, politoloq Qabil Hüseynli bildirib ki, pilotun 3 və 7 mərasimi sabah, yəni iyulun 22-də Heydər Məscidində keçiriləcək.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu