Benzinin qiyməti ucuzlaşdı - Rusiyada
20-26 aprel tarixləri arasında Rusiyada pərakəndə satılan benzinin orta qiyməti əvvəlki dövrlə müqayisədə bir qəpik ucuzlaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə Federal Dövlət Statistika Xidməti məlumat yayıb.
"Aİ-92" və "Aİ-95" qiymətləri üç qəpik ucuzlaşaraq bir litr üçün 42.41 və 45.85 rubla çatıb. "Aİ-98"in qiyməti isə dəyişməyib. Dizel yanacağı beş qəpik ucuzlaşıb - hər litr üçün orta hesabla 47,75 rubl təşkil edir.
Qiymətlərin ucuzlaşması 19 şəhərdə, ən çox Kirovda - 0,9 faiz qeydə alınıb.