ODTÜ-nün riyaziyyatçıları FETÖ-nün şifrəsini qırdı




Türkiyənin Orta Doğu Tekniki Universitetinin - ODTÜ (Yaxın Şərq Texniki Universiteti) riyaziyyatçıları FETÖ-nün hərbi imtahanlarda üzvlərinə payladığı nömrələrin şifrəsini qırıblar.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hazırlanan hesabatda şifrə kombinasiyasının Milli Lotereya çəkilişlərində ard-arda 10 dəfə cek-pot udulmasın ehtimalından daha aşağı olduğu qeyd olunub.

Qeyd edək ki, 2017-ci ildə FETÖ əməliyyatları çərçivəsində saxlanılan E.A. adlı dənizçi zabit imtahanlardan öncə sualların oğurlandığını etiraf etmişdi. Onun sözlərinə görə FETÖ üzvlərinə əvvəlcədən xüsusi nömrələr verilir və yoxlama zamanı həmin şəxslər FETÖ-çu zabitlərin verdiyi ən yüksək qiymətlə hərbi məktəbə qəbul olunurdular.

E.A. ifadəsində nümunə də verib. Məsələn bir il üzv nömrələrinin sonu cüt rəqəmlə bitənlər, başqa bir il rəqəmlərinin cəmi 21 olanlar məktəbə qəbul olunub. E.A.-nın ifadəsindən sonra araşdırma başlanılıb. Amma deyilənlərin sübuta yetirilməsi üçün şifrə kombinasiyalarının tapılması vacib idi.

Nəhayət 2 il davam edən araşdırmalardan sonra ODTÜ-nün riyaziyyatçıları bütün imtahanların şifrəsini qırmağa müvəffəq olublar.

Hesabatda bildirilib ki, təşkilat 2005, 2011 və 2012-ci illərdə imtahan nəticələrini saxtalaşdırıb. İstintaq çərçivəsində FETÖ üzvü olan 1079 zabit müəyyən edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu