Türkiyədə baş verən avtobus qəzasının səbəbi açıqlandı




Türkiyənin Mersin şəhərinin Mut rayonunda hərbçiləri daşıyan avtobusun aşmasının bəzi detalları açıqlanıb.



“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama yayıb.

O, yaralı hərbçiləri Mut rayon dövlət xəstəxanasında ziyarət edib. Nazir yaralıların səhhətinin yaxşılaşdığını bildirib: “İlkin məlumata əsasən, nəqliyyat vasitəsində nasazlıq olub. Hadisə şahidləri bildiriblər ki, avtobusun əyləc sistemi buraxıb. Bu səbəbdən qəza baş verib. Qəzanın dəqiq səbəbi araşdırmalardan sonra müəyyən ediləcək. Hadisə nəticəsində avtobusun 2 sürücüsü və 4 hərbçi ölüb, 27 hərbçi isə yaralanıb”.

Qeyd edək ki, iyulun 27-də Türkiyənin Mersin şəhərinin Mut rayonunda hərbçiləri daşıyan avtobus aşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu