Hulusi Akar: 4 hərbçimiz şəhid olub, 45 əməkdaşımız həyatını itirib
Türkiyədə 4 hərbçi şəhid olub, 45 nazirlik əməkdaş həyatını itirib.
AFN.az xəbər verir ki, bununla bağlı Türkiyə mediası milli müdafiə naziri Hulusi Akara istinadən məlumat yayıb. Nazir bildirib ki, Türkiyənin zəlzələ baş verən bölgəsində fəaliyyət göstərən hərbçilər arasında itkinlər də var: "54 nəfər yaralı olmaqla 78 nəfər hərbçi və nazirlik əməkdaşı ilə əlaqə saxlaya bilmirik".