Humanitar atəşkəsin müddəti nə qədərdir? - AÇIQLAMA


"Humanitar atəşkəsin müddəti barədə məlumat yoxdur. Sənəddə müddət göstərilməyib”.



Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, əməliyyatı Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən həyata keçiriləcək: "Həlak olmuş hərbçilərin meyitlərinin götürülməsi, əsirlərin dəyişdirilməsinin müddətinin nə zaman çəkəcəyi bəlli deyil. Bununla bağlı BQXK məlumat verə bilər”.

"Cədvəllə (qrafik - red.) bağlı demək istərdim ki, bəyanatın üçüncü bəndində baza prinsiplərinin həyata keçirilməsi öz növbəsində cədvəllərin tərtibi nəzərdə tutulur” deyə nazir bildirib.

Qeyd edək ki, oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyinə üz tutaraq işğalçı qüvvələrin regiondan çıxarılması qrafikini tələb edib: "Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu