UEFA "Qarabağ" və "Neftçi"yə pul ödədi


“Qarabağ” və “Neftçi”nin avrokuboklarda çıxışı ilə əlaqədar UEFA-dan maliyyə vəsaiti daxil olub.



"Report"un məlumatına görə, vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

“Qarabağ”a UEFA Çempionlar Liqasında iştirak üçün 1 140 000 avro, əlavə səyahət xərclərindən ötrü 80 000 avro ödənilib.

“Neftçi” isə Avropa Liqasının təsnifat mərhələsində iştirakı qarşılığında 260 000 avro əldə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu