Türk general: Azərbaycan Ordusu 8 min erməni əsgərini məhv edib
![](/uploads/posts/2020-10/1602783772_err.jpg)
"Ermənistanın hava hücumundan müdafiə sisteminin iflic olub".
Qaynarinfo xəbər verir ki, bunu "A Haber" kanalının canlı yayımında Türkiyənin aviasiya generalı Ərdoğan Karakuş deyob.
General bildirib ki, ermənilər PUA-ları belə vura bilmir: "Quruda irəliləməkdə çətinliklər var, amma buna baxmayaraq Ermənistanın hava hücumundan müdafiə sistemini PUA-larla, kamikadze dronlarla iflic edilib. Hava hücumundan müdafiə sistemi məhv edildikdən sonra pilotsuz uçan aparatları vura bilmirlər".
Ərdoğan Karakuş bildirib ki, Ermənistan ordusu 8 min itki verib: "Bundan sonra Ermənistan ordusuna istədiyiniz kimi zərbə endirə bilərsiniz. Ermənistanın çox sayda əsgəri məhv edilib. 8 min əsgərin öldürüldüyü deyilir".