Almaniyada təhlükəsizlik tədbirləri artırılıb


Vyadakı terror hücumundan sonra qonşu Almaniyada da təhlükəsizlik tədbirləri artırıldı.



“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Federal Polisin mətbuat xidmətindəki mənbə bildirib ki, əsas etibarilə daxili sərhədlərdə (yəni Şengen zonası ölkələrilə sərhədlərdə), habelə dəmir yolu nəqliyyatında əməliyyat-axtarış tədbirləri gücləndirilib.

AFP xəbər verir ki, bundan əvvəl Almaniya Federal Polisi (BMİ) Avstriya sərhədindəki nəzarəti artırıb. BMİ sözçüsü həmin sərhədin “taktiki öncüllük” təşkil etdiyini bildirib.

Xatırladaq ki, bu gün Vyanada İŞİD təəssübkeşi olduğu güman edilən bir nəfər dörd vətəndaşı qətlə yetirmiş, sonra isə polis tərəfindən öldürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu