"Manatın devalvasiyası üçün bütün səbəblər çoxdan yetişib" - ŞƏRH


"Dünyanın ən iri neft hasilatçılarından olan İraq milli valyutasını 22 faiz devalvasiya etməklə, neft qiymətlərinin enməsi fonunda büdcə öhdəliklərini icra etmək üçün dinarın kəskin devalvasiyasına getməyə məcbur qalıb".



Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisadçı Qaşqay İsmayıl gələn ilin dövlət büdcəsinin təsdiqinin ləngiməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, hökumət manatın devalvasiyasi məsələsində tərəddüd edir:

"Eyni aqibət Azərbaycan manatını da gözləyir. Manatın devalvasiyası üçün bütün səbəblər çoxdan yetişib. Maraqlıdır ki, gələn ilin büdcəsinin təsdiqlənməsiylə bağlı hələ də xəbər yoxdur və bu halın özü də müəyyən şübhələrə yol açır. Büdcənin ümumi vəziyyəti ilə bağlı əsas məsələlər çoxdan aydın olsa da, belə gecikmənin məntiqlə bir izahı ola bilər: Manatın gələnilki kursunun müəyyənləşməməsi.

Ölkədə iqtisadiyyat dedikdə nəzərdə tutulan yeganə anlayış neft olduğu üçün, əsas mənbə olan Neft Fondundan transferlərin həcmindən tutmuş digər makroiqtisadi göstəricilərə qədər hər şey ölkəyə nə qədər neft dollarının daxil olmasından və bunun əsasında manatın kursunun necə formalaşmasından asılıdır.

Hökumət böyük ehtimalla indi öz gücünü hesablayır. Ya hazırki sabit tənəzzülü davam etdirmək və yaxud da manatın kursuna əsaslanan balansı saxlamaq mümkün olmadığından, kəskin tənəzzülə getmək variantları arasında qalıblar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu