2020-ci ilin büdcəsinin ən zəif 2 bəndi




İqtisadçı ekspert Qubad İbadoğlu gələn ilin dövlət büdcəsinin çatışmazlıqları haqda yazıb.



AFN xəbər verir ki, mütəxəssis büdcə layihəsini şərh edərkən iki ən zəif bəndi haqda aşağıdakıları deyib: "Növbəti il büdcənin cari xərclərin artım tempi qeyri-neft ÜDM-in nominal artım tempini üstələyir. 2020-ci ilin büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 64,2 faiz həcmində və ya 17275,9 milyon manat olacaq. Beləliklə də gələn ilin cari xərclər bu illə müqayisədə 37,6 faiz çox proqnozlaşdıırılıb. Əslində müqayisə olunan dövrdə qeyri-neft sektorundan daxilolamaların artım tempi cari xərclərin artım tempini üstələyərdisə bu dəyişiklikdən narahat olmağa dəyməzdi. Amma gələn il üçün bütün mənbələrdən qeyri-neft gəlirləri 10604,5 milyon manat proqnozlaşdırılır ki, bu da bu illə müqayisədə 12 faiz artım deməkdir. Eyni zamanda gələn il üçün proqnozlaşdırılan qeyri-neft gəlirləri cari xərclərin 61,4 faizini təşkil edəcək. Bu isə o deməkdir ki, 2020-ci il büdcəsinin cari xərclərin hər 3 manatından 2 manatı neft gəlirləri nəzərə alınmadan maliyyələşdirilə bilər. Büdcə sistemi haqqında qanuna görə, cari xərclərə əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, malların satın alınması və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və cari köçürmələr daxildir.
Həmçinin gələn il dövlət büdcəsinin kəsiri böhran həddini keçəcək. Çünki 2020-ci il üçün büdcə kəsiri ÜDM-in 3,3 faizi həcmində proqnozlaşdırılır. Bu isə Avropa məkanında olan ölkələr üçün Mastrix sazişi ilə tənzimlənən 3 faizlik böhran həddinin aşılması deməkdir. Digər narahatlıq yaradan tendensiya gələn il üçün proqnozlaşdırılan büdcə kəsirinin ötən ilə nisbətən 12,5 dəfə çox olmasıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu