Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar azalacaq


Gələn il Azərbaycanda büdcə təşkilatlarının ödənişli xidmətlərindən dövlət büdcəsinə 700 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 104 milyon manat və ya 12,9 % az, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 121,1 milyon manat və ya 20,9 % çoxdur.



“Report” xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcəsi layihəsində bildirilir.

Sənəddə həmçinin bildirilir ki, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar cari illə müqayisədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə 50,4 milyon manat, rayon (şəhər) icra hakimiyyətləri üzrə 20,9 milyon manat, Daxili İşlər Nazirliyi üzrə 20 milyon manat, Prezidenti Administrasiyası üzrə 20,4 milyon manat, Müdafiə Nazirliyi üzrə 11,5 milyon manat az nəzərdə tutulur.

Bu isə qanunvericilikdə edilmiş müvafiq dəyişikliklər nəticəsində bir sıra büdcədənkənar mənbələrin ləğv edilməsi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarının, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin və bir sıra qurumlar tərəfindən göstərilən hüquqi hərəkətlərin sayının azalması ilə əlaqədardır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu