Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 10% artıb
Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 937,479 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 18,8% artaraq 1 084,459 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 6,2% artaraq 2 666,608 milyon manat, aksizlər üzrə daxilolmalar 14,3% artaraq 146,452 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 19,9% artaraq 39,958 milyon manat olub.