Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 25 % artıb


Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 milyard 46,681 milyon manat təşkil edib.


AFN.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 % çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 21 % artaraq 496,589 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 25,2 % artaraq 1 milyard 470,764 milyon manat, aksizlər üzrə daxilolmalar 56,3 % artaraq 62,297 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 1,5 % artaraq 17,03 milyon manat olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu