Baş nazir: “Gürcüstanda tam qapanma olmayacaq”


“Gürcüstanda tam qapanmanın tətbiqi planlaşdırılmır”.



“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxariya brifinqdə bildirib.

O, ölkə ərazisində ümumi sərt karantinin elan olunacağı ilə bağlı yayılan məlumatları şayiə adlandırıb:

“Avtomobillər və piyadaların hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulmur. Yalnız dekabrın 24-dən fəaliyyətinə icazə verilən ticarət obyektləri gələn ilin yanvarın 3-dən etibarən bağlanacaq. Biz artıq məhudiyyətlərin müsbət nəticələrini müşahidə edirik. Əlavə digər məhdudlaşdırıcı tədbirlər həyata keçirilməyəcək”.

Hökumət başçısı qeyd edib ki, ölkənin səhiyyə sistemi cari epidemioloji vəziyyətin öhdəsindən gələ bilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu