Gürcüstanda məktəblər və restoranlar açılır


Gürcüstanın Tbilisi, Kutaisi və Rustavi şəhərlərində məktəblərdə tədris prosesi fevralın 15-dən ənənəvi formada bərpa olunacaq.



“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri Giorgi Qaxariya bildirib.

O deyib ki, həmin tarixdən etibarən Gürcüstan üzrə bütün şagirdlər təhsillərini sinif otaqlarında davam etdirəcəklər.

G.Qaxariya həmçinin qeyd edib ki, fevralın 15-dən etibarən kafe və restoranların açıq havada fəaliyyətinə icazə veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu