Gürcü spiker: “Giorgi Qaxariya şəxsi maraqlarını rəhbər tutub”


“Bu gün bir daha sübut olundu ki, Giorgi Qaxariya şəxsi maraqlarını rəhbər tutub və dostlarını da buna inandırıb”.



“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze 6 deputatın hakim Gürcü Arzusu Partiyasından istefası məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, daha çox konsolidasiya və birgə fəaliyyətin tələb olunduğu vaxtda G.Qaxariya komandanı tərk etdi, daha sonra isə onun dostları parlament çoxluğundan istefa verdilər.

Keçmiş baş nazirlə rəqabət məsələsinə gəlincə, spiker qeyd edib ki, bu, onun necə partiya yaradacağı, komandasında kimlərin təmsil olunacağı və seçiləcək siyasi platformadan asılı olacaq.

Xatırladaq ki, bu gün 6 deputat hakim partiyanın sıralarını tərk edib. Onlar G.Qaxariya ilə birgə yeni partiya quruculuğunda fəal iştirak edəcəklərini açıqlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu