ABŞ Çinə sanksiyalar tətbiq edə bilər


Çin Rusiyaya sanksiyalardan yayınmağa kömək etməyə başlasa, ABŞ-la problem yaşayacaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

O, G20 xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransı zamanı bildirib ki, Çin Rusiyanın Ukraynadakı təcavüzünə maddi və ölümcül dəstək verməyə, həmçinin Rusiyaya sanksiyalardan sistematik şəkildə yayınmağa dəstək verməyə başlasa bu, ölkələr (ABŞ-Çin) arasında problemə çevriləcək. Blinkenin sözlərinə görə, bu addımları atacağı təqdirdə Çinə qarşı sanksiyaların tətbiqi qaçılmaz olacaq. "ABŞ hələ ki, bunların baş vermədiyini bilir və qəbul edir. Biz eyni zamanda Çinin müvafiq addımlar atmaq imkanını nəzərdən keçirdiyindən də məlumatlıyıq" - deyə dövlət katibi vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu