ABŞ: Rusiyanı taxıl müqaviləsinə qaytarmaq üçün əlimizdən gələni etdik


ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın taxıl sazişinə qayıtması ilə bağlı dilə gətirdiyi problemlərin həlli üçün əllərindən gələni etdiklərini, Birləşmiş Millətlər Təşkilatının Rusiyaya təqdim etdiyi təklifin hələ də cavab gözlədiyini bildirib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Entoni Blinken Beynəlxalq Fransız Radiosuna (RFI) müsahibəsində Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmasını və mövcud vəziyyəti dəyərləndirib.

ABŞ-ın Rusiyanın razılaşmaya qayıtmaq istədiyi şərtlərlə bağlı danışıqlara hazır olub-olmadığı sualına Blinken, ötən il Türkiyə və BMT-nin təşəbbüsü ilə imzalanan müqavilə çərçivəsində Ukraynadan 30 milyon ton taxıl çıxarıldığını xatırladıb.

Blinken qeyd edib ki, Rusiya öz taxılını ixrac etməkdə problem yaşadığını iddia edir, lakin bu yanlışdır: "Rusiyanın taxıl ixracatı işğaldan əvvəlki illərin rəqəmlərini aşdı. Üstəlik, Rusiyanın ixrac göstəriciləri rekord səviyyəyə çatıb".

Dövlət katibi Rusiyanın bankçılıq və nəqliyyat sahəsindəki tələblərinə işarə edərək deyib: "Biz bu məsələ ilə bağlı problemləri həll etmək üçün əlimizdən gələni etdik. Məsələn, mən banklarımıza məktub göndərdim ki, biz Rusiya taxılının ixracını tam dəstəkləyirik və onların Rusiya taxılına qarşı sanksiyalardan qorxmalarına ehtiyac yoxdur. Hazırda BMT Rusiyanın narahatlığını aradan qaldırır", - deyə o bildirib. "Məsələ üzərində bir təklif var. Rusiya buna cavab vermədi. Əslində Rusiyanın cavabı Odessa limanına hücum edərək 220 min ton taxılı məhv etmək oldu".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu