Nigeriyada yanacaq daşıyan tanker partladı: 20 nəfər ölüb


Nigeriyanın cənubundakı Delta əyalətində yanacaq daşıyan tankerin partlaması nəticəsində 20 nəfər həyatını itirib.


Milli mətbuatda yer alan xəbərlərə görə, Delta əyalətinin Varri-Benin avtomobil yolunda benzin daşıyan tankerdə naməlum səbəbdən partlayış baş verib.

Partlayış nəticəsində 20 nəfər ölüb, çoxlu sayda insan yaralanıb, bəzi evlərə ziyan dəyib.

Rəsmilər bölgəyə yanğınsöndürmə briqadalarının göndərildiyini və hadisə ilə bağlı araşdırma başlandığını bildirib.

Yaralıların müalicə altına alındığı bildirilən açıqlamada ölənlərin sayının artacağı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu