Nigeriyada silahlı hücumlarda 16 hərbçi həyatını itirib
Nigeriyanın Delta əyalətində silahlı hücumlarda 16 hərbçi həyatını itirib.
Nigeriyanın Müdafiə İnformasiya katibi Tukur Qusau verdiyi açıqlamada Delta əyalətinin Bomadi bölgəsindəki iki kənddə sülhməramlı xidmətdə olan hərbçilərə silahlı hücum edildiyini bildirib.
Qusau hücumlarda 2 mayor və bir kapitan olmaqla 16 hərbçinin həyatını itirdiyini qeyd edib.
Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Qusau, bir neçə nəfərin nəzarət altına alındığını, hücumun səbəbini ortaya çıxarmaq üçün lazımi addımlar atılmağa başlandığını deyib.