Nigeriyada hərbi əməliyyat: 11 nəfər öldürüldü
Nigeriyanın Delta əyalətindəki hücumlarda 16 əsgərin həyatını itirməsindən sonra həyata keçirilən əməliyyatda 11 nəfər cinayətkar qrup üzvü öldürüldü.
Yerli mətbuatda yer alan xəbərlərə görə, ordu Delta əyalətinin qonşu Bayelsa əyalətinin Cənubi İjav bölgəsində əsgərlərin öldürülməsində iştirak etdiyi deyilən silahlı liderin sığınacağına əməliyyat keçirib.
Əməliyyatda 11 nəfər cinayətkar qrup üzvü öldürülüb, çox sayda yaralı xilas qaçıb.
Həftə sonu Nigeriyanın Delta əyalətində sülhməramlı xidmətdə olan əsgərlərə edilən hücumda ikisi mayor və bir kapitan olmaqla 16 əsgər həyatını itirib.
Prezident Bola Əhməd Tinubu silahlı hücumu törədənlərin tutulması üçün göstəriş vermişdi.