"Qısqandı, bıçağı qızdırıb, bədənimə yazılmış kişi adlarını..." - Şok təfərrüat


Abşeron rayonunda 1989-cu il təvəllüdlü Bəxtiyar qeyri-rəsmi yaşadığı Məlahətə (adlar şərtidir – red.) işgəncə verib.


AFN demokrat.az-a istinadən xəbər verir ki, Bəxtiyar 13 sentyabr 2020-ci ildə saat 18 radələrində, 14 sentyabr 2020-ci ildə saat 16 radələrində və 15 sentyabr 2020-ci ildə saat 17 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Məlahətlə yaşadıqları evdə mübahisələr edib. O, mübahisə zamanı Məlahətə işgəncə verib, bədənin müxtəlif nahiyələrinə, həmçinin başına yumruq zərbələri vurub.

İstintaq orqanı tərəfindən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə, bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə ittiham elan edilib.

“Münasibətim pisləşdi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, Məlahətlə 2018-ci ildə sosial şəbəkədə tanış olub: “Bir müddət mobil telefon vasitəsi ilə danışdıq. Bir neçə dəfə görüşdük, sonra qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başladıq. 2019-cu ilin fevralında Baş Mütəşəkkil Cinahyətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrdən istifadə etdiyim üçün şübhəli şəxs kimi saxlandım, idarəyə aparıldım.

Sənədləşmə aparıldıqdan sonra Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs olundum. Daha sonra Nərimanov rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilindim, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildim.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu