Dilqəm Əhmədin "Cümhuriyyət bayrağı" kitabının təqdimatı olub - FOTOLAR


"Çapar yayınları"nın və "Çapar" tarix dərgisinin Baş redaktoru Dilqəm Əhmədin Azərbaycan Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş "Cümhuriyyət bayrağı" kitabının təqdimatı olub.


AFN.az xəbər verir ki, kitab Azərbaycan Cümhuriyyəti dövründən bu günə kimi üçrəngli Azərbaycan bayrağının keçdiyi keşməkeşli yolun ideoloji və xronoloji təsvirindən ibarətdir. Həmçinin kitabda Azərbaycan bayrağının tarixi ilə bağlı orijinal foto və sənədlər də toplanılıb.
Kitabın redaktoru Sahil Sərxanlı, dizayneri Xəyal Danyaldır.
"Libraff" kitab mağazasında təqdim olunan kitab "Nar" mobil operatorunun dəstəyi ilə nəşr olunub.
Təqdimat mərasimində naşir Yusif İlhamoğlunun açılış sözlərindən sonra Dilqəm Əhməd bayrağın tarixi və kitabın ərsəyə gəlməsi ilə bağlı məlumat verib.
Daha sonra BDU Jurnalistika fakültəsinin dosenti, müəllifin universitet dövründən müəllimi Qərənfil Quliyeva, BDU Jurnalistika fakültəsinin məzunu, Dilqəm Əhmədin araşdırmaları mövzusunda diplom işinin müəllifi Mehin Vəliyeva, AMEA Şərqşünaslıq İnstitutunun professoru Solmaz Rüstəmova-Tohidi, "Füyuzat" jurnalının Baş redaktoru Mübariz Yunus, tarixçi Əkbər Nəcəf, tarix üzrə fəlsəfə doktoru Orxan Vəli çıxış ediblər.
Çıxışlardan sonra kitabın imzalanma mərasimi oldu, müəlliflə xatirə şəkilləri çəkilib.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu