I və II Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş kitab dərc edilib - VİDEO


I və II Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Əbədi Yaşayanlar” adlı kitab nəşr olunub.


Şəki şəhər icra hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin təşkilatçılığı ilə Şəkinin Birinci Qarabağ Müharibəsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub. Kitabın Müəllifi Azərbaycan Yazıçılar birliyinin üzvü Rəfiqə Sadıqovadır. Kitabda Birinci Qarabağ müharibəsində şəhid olmuş 214 nəfər, 44 günlük vətən müharibəsində Vətən yolunda canını qurban verən 56 nəfər Şəki sakini barədə məlumatlar var. Həmçinin müharibədə itkin düşmüş şəxslər barədə də məlumatlar yer alıb. Təqdimat mərasimində şəhid ailələri və yaxınları iştirak ediblər. Onlara kitab və bayram sovqatı təqdim edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu