Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxılıb


Su hövzələrində balıq populyasiyasının artırılması, ekosistemin qorunması və su bioresurslarının bərpasına dəstək məqsədilə Şəmkir və Yenikənd su anbarlarına balıq körpələrinin buraxılışı həyata keçirilib.


Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova AFN-ə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının birgə iştirakı ilə ümumilikdə 200 000 çəkikimi balıq körpəsi Şəmkir və Yenikənd su anbarlarına buraxılıb.

Ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə təbii su hövzələrinə balıq buraxılışı oktyabrın sonunadək davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu