Həkəri və Bərgüşad çaylarına balıq körpələri buraxılıb - VİDEO


Su hövzələrində balıq populyasiyasının artırılması, ekosistemin qorunması və su bioresurslarının bərpasına dəstək məqsədilə Qubadlı rayonu ərazisindən keçən Həkəri və Bərgüşad çaylarının qovuşduğu hissəyə balıq körpələrinin buraxılışı həyata keçirilib.


Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunmasına və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə çaya 2000 qızıl xallı farel körpəsi buraxılıb.

Xidmət rəsmisi balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında balıq yetişdirən müəssisələri yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu