Avropa Liqası: Meydana paltarsız girən şəxsin kimliyi bəlli oldu


İspaniyanın "Qranada" və İngiltərənin "Mançester Yunayted" klubları arasında UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında meydana paltarsız çıxan şəxsin kimliyi bəlli olub.



"Report" "Marca"ya istinadən xəbər verir, həmin şəxs ispaniyalı iş adamı Olmo Qarsiyadır. O, Qranada şəhərində idman qidasının satışı ilə məşğuldur. Bildirilib ki, Qarsiya səhər saat 7-də stadiona girib və meydana girmək üçün gizlənib.

O, Qranadanın müxtəlif yerlərində çılpaq görünərək oxşar hərəkətlər edib. Hüquq-mühafizə orqanları son aylarda iş adamı barəsində 15 şikayət verildiyini və 3 işin məhkəməyə göndərildiyini söyləyib.

Qeyd edək ki, qarşılaşma "Mançester Yunayted"in 2:0 hesablı qələbəsi ilə bitib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu