"Mançester Yunayted" Marsyalın evinin təhlükəsizliyini gücləndirdi

"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, buna fransalı hücumçu ilə xanımının sosial şəbəkələrdə tez-tez təhdidlərə məruz qalması səbəb olub.
İddiaya görə, 26 yaşlı forvard tədbir görülməyəcəyi təqdirdə, komandanı tərk edə biləcəyini rəhbərliyə çatdırıb.
Qeyd edək ki, bu mövsüm 26 oyunda meydana çıxan Antoni Marsyal 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.