"Manqal" restoranında lift qırıldı, işçilər xəsarət aldı - DƏQİQLƏŞMƏ


Səbail rayonu ərazisində restoranda liftin qırılması nəticəsində 2 nəfərin ağır xəsarət alması barədə məlumat verilmişdi.


Məlumatda hadisənin hansı restoranda baş verməsi açıqlanmasa da, AFN.az-a bu barədə məlumat daxil olub. Belə ki, olayın Bayıl qəsəbəsi Aydın Nəsirov küçəsində yerləşən “Mangal Steak House” restoranında baş verdiyi bildirilir. Liftin təmiri ilə məşğul olan 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanov ağır xəsarətlər alıblar. Onların hər ikisi təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Yaralılarda fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar müəyyən edilib və ikisi də reanimasiyaya yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu