"Tərtər işi” üzrə həbs olunan daha 7 nəfərin hökmü ləğv edilib - YENİLƏNİB


"Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən daha 7 şəxsin hökmü ləğv edilib.


Bu barədə qərar bu gün Gəncə Apellyasiya Məhkəməsinin hakimi Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.

Belə ki, “Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən - Natiq Quluzadə, Nicat Rzayev, Zaur Abdullayev, Vəli Xəlilov, Emin Aibov, Yalçın Tarverdizadə və Orxan Babayevin apellyasiya şikayəti üzrə məhkəmə iclasında elan edilib ki, Tərtər Hərbi Məhkəməsinin çıxardığı hökm ləğv olunub.

Qeyd edilib ki, Tərtər Hərbi Məhkəməsində 7 nəfərin hazırlıq iclasına baxılacaq.

***

"Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən 11 nəfərin hökmü ləğv edilib.


Bu barədə qərar bu gün Gəncə Apellyasiya Məhkəməsinin hakimi Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Belə ki, “Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən 11 nəfərin - kapitan Rauf Orucov, baş leytenant Sultan Zeydullayev, gizir Emin Adilzadə, leytenant Natiq Əliyev, kiçik çavuş Əlizamin Quliyev, əsgər Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Faiq Əhmədov, Mirpaşa Mehdiyev və Atabəy Rəhimovun apellyasiya şikayəti üzrə məhkəmə iclasında elan edilib ki, Tərtər Hərbi Məhkəməsinin çıxardığı hökm ləğv olunub və iş baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

Bildirilib ki, Gəncə Hərbi Məhkəməsində 11 nəfərin hazırlıq iclasına baxılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu