"Tərtər işi" üzrə bəraət alan hərbçilərin siyahısı - aralarında ölümündən sonra təmizə çıxanlar da var
Neçə ildir "Tərtər işi" kimi qondarma ittihamla barəsində məhkəmə qərarı verilən hərbçilərimizə bir-birinin ardınca bəraət verilir.
AFN.az bildirir ki, bunlardan bəziləri bəraət alaraq həbsdən çıxır, bəzilərinə isə təəssüf ki, bəraət ölümündən sonra verilir. Onlar işgəncə altında vəfat edən hərbçilərdir. İstər ölümündən sonra, istərsə də sağlığında günahsızlığı sübuta yetirilən hərbçilərin siyahısını təqdim edirik.
Sağlığında bəraət alanlar:
1. Baş leytenant Zeydullayev Sultan Ramazanoviç, Bakı şəhəri
2. Baş leytenant Əhmədov Faiq Əlibəy oğlu, Salyan şəhəri
3. Leytenant Əliyev Nasif Mehman oğlu, Bakı şəhəri
4. Leytenant Orucov Rauf Rəşid oğlu, Sumqayıt şəhəri
5. Leytenant Rəhimov Atabəy Müqabil oğlu, Lerik rayonu, Orand k.
6. Gizir Adilzadə Emin Qadir oğlu, Beyləqan rayonu, Milabad qəs.
7. Gizir Qasımov Məcid Kamal oğlu, Qazax rayonu, Canallı k.
8. MAXE Mehtiyev Mirpaşa Zahid oğlu, Ağcabədi ray.Sarıcalı k.
9. MAXE Əhmədli Müşviq Seymur oğlu, Bərdə şəhəri
Ətraflı
10. MAXE Quliyev Əlizamin Ələmdar oğlu, Tərtər ray. Qapanlı k.
11. Əsgər İbrahimli Turan Marif oğlu, İsmayıllı ray. Eyyubbəyli k.
2-ci iş üzrə
12. Gizir Rzayev Nicat Qabil oğlu, Qazax ray. Ürkməzli k.
13. Gizir Babayev Orxan Nəriman oğlu, Biləsuvar ray. Aşağı Cürəli k.
14. MAXE Quluzadə Altay Natiq oğlu, Tərtər ray. Ağkənd k.
15. MAXE Abdullayev Zaur Akif oğlu, Gəncə şəhəri
16. MAXE Xəlilov Vəli Sovxoz oğlu, Mingəçevir şəhəri
17. MAXE Aibov Emin Hörmət oğlu, Bakı şəhəri
18. Əsgər Tarverdizadə Yalçın Əmir oğlu, Lənkəran ray. Balaşürük k.
3-cü iş üzrə
19. Əliyev Emil Abdulnasir oğlu, Xaçmaz ray. Bostançı k.
Ölümündən sonra bəraət alanlar:
1. Hüseynov Mehman Telman oğlu, Tərtər rayonu, Cəmilli k.
2. Ağazadə Elxan Kamaləddin oğlu, Tərtər rayonu, Qaradağlı k.