Bəxtiyar Hacıyev əlil arabasında olduğu üçün məhkəməyə gəlməyəcək - Rüfət Səfərov


Bu gün məhkəməsi keçirilən ictimai fəal Bəxtiyar Hacıyev əlil arabasında oduuğu üçün məhkəmədə iştirak edə bilməyəcək. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov vəkil Şəhla Hümmətovaya istinadan feysbuk hesabındakı videomüraciətində bildirib.


O, qeyd edib ki, Bəxtiyar Hacıyev artıq əlil arasında hərəkət edir. Onun ağzı, dili-damağı yara töküb. "Bəxtiyar qəti olaraq su içməkdən imtina edib. Gətirib yanına nəzarətçilər qoyublar və onlar da Bəxtiyarın əsəbi ilə oynayırlar. Gecə saatlarında Bəxtiyar yuxuya gedəndə televizoru yandırıb, səs-küy salırlar. Hər gün onun yanında dönərçini çağırırlar. Ondan dönərin tərkibində nələrin olduğunu soruşurlar. Toyuqlu dönər, ət dönər deyirlər. Bunu 44 gündür aclıq aksiyası keçirən insanın yanında deyirlər. Bəxtiyar üzünü yuyanda nəzarətçi gəlib onun başının üzərində dayanır ki, bəlkə, Bəxtiyar su içdi. Bu vəhşilikdir",- Rüfət Səfərov videomüraciətdə deyir.

Hüquq müdafiəçisi bildirib ki, bu gün saat 14-30-da Bakı Apelyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin məhkəməsi keçiriəcək.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

İctimai fəal fevralın 16-dan sudan da imtina etdiyini açıqlayıb.

Bəxtiyar Hacıyev artıq 44 gündür ki, aclıq aksiyası keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu