Sabah Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılacaq


Sabah saat 16:00- da Bakı şəhər Xətai Rayon Məhkəməsində həbsdə olan ictimai fəal Bəxtiyar Hacıtevin ev dustaqlığına buraxılması ilə bağlı məsələsinə baxılacaq.


Bu barədə B.Hacıyevin vəkili Aqil Layıc məlumat verib. Vəkil bu gün Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində olan Bəxtiyar Hacıyevlə görüşüb.
Vəkilin sözlərinə görə, B.Hacıyev ona müalicə müəssisəsinə köçürülərkən, gündəlik qeydləri, tibbi qeydləri, hüquqi sənədləri və kitablarının müsadirə edildiyini deyib. Vəkil Ədliyyə Nazirliyindən onların qaytarılmasını xahiş edib.
A.Layıc deyib ki, Bəxtiyar Hacıyev zəifləyib, bədənində şiddətli ağrılardan və yuxusuzluqdan əziyyət çəkir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu