Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılacaq
Sabah həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılacaq.
AFN.az bildirir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.
“Ev dustaqlığı məsələsinə sabah saat 16:30 da Xətai rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədov tərəfindən baxılacaq”-deyə vəkil bildirib.