Karxanalarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib
“Ötən il 100-dən çox karxananın fəaliyyətini qiymətləndirmişik”.
“Report” xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov deyib.
O bildirib ki, bununla bağlı həm hüquq mühafizə orqanlarına, həm də məhkəmə orqanlarına müraciət edilib.
S.Qurbanov vurğulayıb ki, İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb və bununla bağlı lazımi hüquqi addımlar atılıb: “Həm dronlarla, həm də yerli müşahidələr zamanı kənara çıxmalar qeydə alınıb”.