Azərbaycanda koronavirusa yoluxma 118-ə endi


Azərbaycan Respublikasında koronavirus infeksiyasından 503 nəfər müalicə olunaraq sağalıb, 118 yeni yoluxma faktı qeydə alınıb.



Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 227 min 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 215 min 771 nəfər müalicə olunaraq sağalıb, 3022 nəfər vəfat edib. Aktiv xəstə sayı 8598 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 321 min 592 test aparılıb. Bugünkü test sayı isə 3399-dur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu